
İsrail rəsmiləri ABŞ və İran arasında yeni nüvə sazişi üzrə danışıqların uğur qazanmaq ehtimalının yüksək olduğuna inanırlar.
Reyting.az-ın məlumatına görə, İsrail mətbuatı yazır ki, son vaxtlara qədər İsrail rəsmiləri ABŞ və İranın yeni nüvə sazişi əldə etmək səylərində uğur qazana bilməyəcəyinə inanırdılar.
Bununla belə, “Times of Israel” xəbər verir ki, keçən həftəsonu danışıqların üçüncü raundundan sonra uğur şansı uğursuzluq ehtimalından daha yüksək qiymətləndirilir.
ELÇİN