EN

Torpaq hərracları və investisiya imkanları

Azərbaycanda növbəti dəfə mayın 27-də torpaq hərracı keçiriləcək.

Hərraca ƏMDX-nin Sabirabad, Yevlax, Goranboy, Bərdə, Ağdam, Ağcabədi, Cəlilabad, Yardımlı, Ağsu və Qax ərazi şöbələrində olacaq müxtəlif bələdiyyə orqanlarına məxsus 22 torpaq sahəsi çıxarılacaq.

Bu tip torpaq hərraclarının əsas məqsədi nədir və hansı sahələrdə investisiya üçün imkanlar yaradır?

Valyuta.az-ın məlumatına görə, bu tip torpaq hərraclar dövlət və bələdiyyə balansında olan istifadəsiz və ya az istifadə olunan torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi məqsədi ilə keçirilir. Bu, həm iqtisadi aktivliyi artırmaq, həm də yerli və regional səviyyədə sahibkarlığın inkişafına şərait yaratmaq üçün həyata keçirilir.

Bu hərracların əsas məqsədi torpaq resurslarının səmərəli istifadəsini, dövlət və bələdiyyə büdcəsinə əlavə vəsait cəlbini, sahibsiz və ya boş qalan torpaq sahələrinin sahibkarlıq subyektləri tərəfindən istifadəyə verilməsini, rəqabətli mühit formalaşdıraraq, şəffaflıq və qanuna uyğunluğu təmin etməkdir.

Belə hərraclar xüsusən regionlarda yerli sahibkarlar, startapçılar və investorlar üçün sərfəli imkanlar yaradır.

Hərraclara çıxarılan torpaqlar bu sahələrə investisiya üçün yararlıdır:

Kənd təsərrüfatı ilə - əkinçilik, maldarlıq, bağçılıq kimi fəaliyyətlərlə məşğul olmaq üçün bu torpaqlar yararlıdır.

Kiçik və orta istehsalat müəssisələrinin qurulması məqsədi ilə ərazi təminatı üçün bu hərracların faydası var. 

Logistika və anbar fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlar üçün magistrallara yaxın torpaqlar bu baxımdan strateji dəyərə malikdir.

Bu torpaqlar, xüsusilə kənd turizmi, agro-turizm və istirahət mərkəzləri yaratmaq istəyən şəxslər üçün müxtəlif  imkanlar yaradır.

Bu cür hərraclar yaşayış və qeyri-yaşayış binalarının inşası üçün torpaq bazasına çıxışı təmin edir. Bu da tikinti və daşınmaz əmlak bazarının inkişafına şərait yaradır.

Günay

Chosen
0
7
valyuta.az

7Sources