EN

İranın İsfahan şəhərində partlayıcı maddələr anbarında partlayış baş verib

Bakı. Trend:

Bu gün İranın İsfahan şəhərində partlayıcı maddələrin istehsalıilə məşğul olan “Avanar Persian” şirkətinə məxsus anbarda güclüpartlayış baş verib.

Trend-in “Azadİran” Telegram kanalına istinadla verdiyi məlumata görə, hadisənəticəsində bir nəfər həyatını itirib, daha iki nəfər isəyaralanıb. Anbar kimyəvi məhsullar istehsal edən sənayekompleksinin ərazisində yerləşir. Bildirilir ki, müəssisənin dronistehsalı ilə əlaqəli ola biləcəyi ehtimal olunur.

Qeyd edək ki, cəmi üç gün əvvəl İranın Şəhid Rəcai limanındayerləşən kimyəvi maddələr anbarında da partlayış baş vermişdi.Həmin faciə nəticəsində azı 70 nəfər ölmüş, 1 200-dən çox şəxs isəmüxtəlif dərəcəli xəsarət almışdı.

Chosen
0
11
az.trend.az

5Sources