EN

Bağırsaq xərçənginin geniş yayılmasının səbəbi açıqlanıb

Gənclər arasında bağırsaq xərçəngi hallarının artması, bakteriya toksinlərinin təsiri ilə əlaqəli ola bilər.

Aznews.az xəbər verir ki, bu barədə “Nature” dərgisində elmi məqalə dərc olunub.

Aparılan araşdırma bəzi bağırsaq çubuğu (Escherichia coli) ştamlarının ifraz etdiyi kolibaktin adlı maddəyə diqqət çəkir. Alimlərin fikrincə, məhz kolibaktin xəstəliyin inkişafına səbəb olan ilkin mutasiyalara yol aça bilər.

Beynəlxalq tədqiqatçılar qrupu 11 ölkədən olan təxminən 1000 xəstənin şiş toxuması nümunələrini təhlil edib. 50 yaşdan aşağı pasiyentlərin yarıdan çoxunda kolibaktinin DNT-yə zədələyici təsirinə xas mutasiyalar aşkar edilib.

Chosen
0
1
aznews.az

10Sources