Bakı. Trend:
Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığınınpotensialının reallaşdırılması, ticarət əlaqələrinin və qarşılıqlısərmayələrin intensiv təşviqi istiqamətində müzakirə aparılıb.
Trend-ə bubarədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirininmüavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə videokonfransformatında görüşüb. Vurğulanıb ki, iki dost ölkə arasında əlaqələrqarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdəmünasibətlər yüksələn xətlə inkişaf edir. GörüşdəAzərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrimizinşaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrinreallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb",- deyə məlumatda qeyd edilib.