EN

Yeni evlənənlərə şad xəbər: Bu tarixdən dəstək kampaniyası başladılacaq

Türkiyədə yeni ailə quran gənclər üçün dəstək kampaniyası başladılacaq.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş açıqlama verib.

Nazir kampaniyanın detaları barədə aprelin 30-u təşkil ediləcək iclasda məlumat veriləcəyini bildirib:

"16 şirkətlə danışıqlar nəticəsində evlənən gənclərimizə mebel, ağ əşya, ev tekstili və mətbəx əşyaları kimi ehtiyaclarını ödəmək üçün xüsusi endirimlər təqdim edəcəyik”.

Göktaş həmçinin qeyd edib ki, doğum yardımı üçün də ilk ödənişlər may ayında gerçəkləşəcək.

Chosen
2
publika.az

1Sources