"Football-plus.az" xəbər verir ki, bu haqda PFL (Professional Fighters League) təşkilatı “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Döyüş mayın 23-də Parisdəki “Accor Arena”da olacaq. 43 yaşlı sabiq futbolçunun rəqibinin adı hələ açıqlanmayıb. Evra sosial şəbəkəyə bu cümlələri yazıb:
“Rəsmi olaraq PFL Europe ilə ilk döyüşümə hazırlaşıram. Rəqibimi onlar seçəcəklər. Məndən kimlə döyüşmək istədiyimi soruşdular. Dedim, Luis Suareslə. Pulunu da özüm ödəyərəm, hətta istəyirsə, məni dişləyə də bilər”.
Fransız futbolçu “Mançester Yunayted”lə 5 dəfə İngiltərə çempionu olub və Çempionlar Liqasında qalib gəlib. Patris həmçinin “Montsa”, “Nitsa”, “Monako”, “Yuventus”, “Marsel” və “Vest Hem”də çıxış edib. Fransa yığmasında 81 oyun keçirən Evra AÇ-2016-nın gümüş mükafatçısıdı. Evranın futbolçu karyerasını 2019-cu ilin yayında başa vurduğunu da xatırladaq.