Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərənbanklar tərəfindən 61,7 milyon manat mənfəət vergisi ödənilib.
Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bugöstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 milyon manat vəya 15,4% azdır.
Belə ki, ötən ilin birinci rübündə Azərbaycanda fəaliyyətgöstərən banklar tərəfindən ödənilən mənfəət vergisinin həcmi 72,9milyon manat olub.
Qeyd edək ki, bu ilin yanvarında banklar 23,7 milyon manat,fevralında 19,9 milyon manat, martında isə 18,1 milyon manatmənfəət vergisi ödəyib.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycanda fəaliyyətgöstərən bankların vergi ödənilməzdən əvvəlki mənfəətlərinin həcmi315 milyon manat, xalis mənfəətlərinin həcmi isə 253.3 milyon manattəşkil edib.