"Prezidentin Bakıya səfəri görüşlər və sənədlərin imzalanması ilə yanaşı, mühüm nailiyyətlər gətirdi, o cümlədən ikitərəfli siyasi etimadın yaradılması, iki ölkə arasında strateji əməkdaşlıq və iqtisadi diplomatiya".
Yenisabah.az xəbər verir ki, bunu X hesabında İran Prezident Aparatı siyasi direktorunun müavini Mehdi Sənai yazıb.
"Ticarət mübadiləsinin artırılması, iki ölkənin sərhədlərində iqtisadi layihələrin tamamlanmasının sürətləndirilməsi, o cümlədən İran üçün böyük faydası olan üç regional meqalayihə, yəni Şimal-Cənub dəhlizinin tamamlanması, İranın Azərbaycan kəməri ilə Rusiya qazının ixracı üçün mərkəzə çevrilməsi, üç ölkənin elektrik enerjisinə olan tələbatının birləşdirilməsi indi ciddi və təcili diqqət tələb edir", - deyə Sənai vurğulayıb.
Telegram kanalımız