EN

Kənddə əməliyyat keçirildi, çayxanada qumar oynayanlar tutuldu: "1 manatdan oynayırdıq"

Goranboy rayonunda çayxana işlədən şəxs və müştəriləri qumar oynadıqları üçün böyük məbləğdə cərimə olunublar.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Zeyvə kəndində yerləşən kafedə əməliyyat keçiriblər.

Qumar oyunlarını təşkil etmiş çayxananı işlədən şəxs və qumar oynayanlar saxlanılıblar.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.

Çayxananı işlədən kənd sakini, 1968-ci il təvəllüdlü Bəhlul Vəliyev (ad-soyad şərti göstərilib – red.) izahatında bildirib ki, həmkəndliləri çayxanaya gəlib qumar oynamaq istəyiblər: “Özüm də qumar oynamaq istədiyimi bildirdim. Masa arxasında əyləşərək qumar oynamağa başladıq. Bir qədər oynadıqdan sonra polis əməkdaşları çayxanaya daxil oldular və video-çəkiliş etməklə bizi polis şöbəsinə dəvət etdilər”.

Chosen
0
1
publika.az

2Sources