EN

Gündə bir ovuc yer fıstığı yemək sağlamlığınıza nələr qazandırır?

Yer fıstığı vitamin, mineral, protein və antioksidantlarla zəngin quru çərəzdir. Tərkibindəki bu faydalı maddələr sayəsində toxluq hissi yaradır, ürək-damar xəstəliklərinə qarşı qoruyucu rol oynayır və qan şəkərinin səviyyəsini tarazlaşdırmağa kömək edir. Yer fıstığı müxtəlif formalarda - qovrulmuş, duzlu, şokoladla örtülmüş və ya fıstıq əzməsi kimi istifadə oluna bilər. Bəziləri yer fıstığının qida dəyəri baxımından badam, qoz qədər faydalı olmadığını düşünsə də, bu məhsul yüksək dəyərə malik qida kimi qəbul edilir.


Pravda.az yer fıstığı ilə bağlı məlumatları təqdim edir:



Yer fıstığı tərkibində lif, protein və faydalı yağlar olan məhsuldur. Bu yağlar “yaxşı yağlar” kateqoriyasına daxildir və xolesterin səviyyəsinin aşağı salınmasına, ümumi sağlamlığın qorunmasına xidmət edir. Yer fıstığının tərkibində aşağıdakı faydalı maddələr var:


Maqnezium

Fol turşusu

E vitamini

Mis

Arginin


Yer fıstığının sağlamlığa faydaları:



Ürək xəstəlikləri riskini azaldır

Öd daşı əmələ gəlməsinin qarşısını ala bilər

Çəkiyə nəzarətə kömək edir

Hamiləlik dövründə vacib olan biotinlə zəngindir

Əzələlər, ürək və sinir sistemi üçün vacib olan tiamini ehtiva edir

Yaxşı protein mənbəyidir

Beyin inkişafını dəstəkləyir, dəriyə müsbət təsir göstərir

Xərçəng riskinin azalmasına dəstək olur


Yer fıstığı tərkibindəki təkli doymamış yağlar, protein və liflə xolesterini aşağı salır, damar divarlarını qoruyur, qanda laxtalanmanın qarşısını alır. Həmçinin yer fıstığının mütəmadi istifadəsi öd daşı riskini azalda bilər.


Protein baxımından zəngindir


Zülal baxımından zəngin olan yer fıstığı əzələ kütləsinin yaranmasına və sümük sağlamlığına faydalıdır. Fıstıq əzməsi xüsusilə idman öncəsi və sonrası qəlyanaltı olaraq istifadə olunur və yaraların tez sağalmasına da kömək edir.


Lifli quruluşu sayəsində arıqlamağa dəstək olur


Düzgün miqdarda istehlak edildikdə yer fıstığı arıqlamağa kömək edir. Protein tərkibi aclıq hormonunun (grelin) səviyyəsini azaldaraq toxluq hissi yaradır.


Kollagenlə zəngin olduğu üçün beyin və dəriyə faydalıdır


Yer fıstığının tərkibindəki resveratrol maddəsi bədəndə kollagen istehsalını artırır və bilişsel funksiyaları gücləndirir. Polifenollar isə əhval-ruhiyyəni yaxşılaşdırır və psixoloji pozğunluqların qarşısını alır.


Xərçəng riskini azalda bilər


Antioksidant təsiri olan yer fıstığı xərçəng riskini azaldır. Tərkibindəki E vitamini və protein böyüyən şişin qidalanmasını azalda bilər.


Yer fıstığı necə istifadə olunur?


Yer fıstığı çiy, qovrulmuş, qızardılmış, toz və ya əzmə şəklində istifadə oluna bilər.


Qabığı ilə birlikdə yeyildikdə daha faydalıdır.
İstifadə yolları:


Şirniyyat və peçenyelərə əlavə edilə bilər

Fıstıq əzməsi ilə içki hazırlamaq olar

Qatıq üzərinə səpmək

Salatlara əlavə etmək

Qızardıldıqdan sonra makaron və ya əriştəyə qatmaq


Yer fıstığının zərərləri varmı?


Yer fıstığı bəzi insanlarda allergiyaya səbəb ola bilər. Eyni zamanda yüksək kalorili olduğu üçün miqdarına diqqət edilməlidir. Çox istifadəsi çəki artımına səbəb ola bilər. Qovrulmuş və duzlu yer fıstığı çiy halına nisbətən daha az sağlam sayılır. Bundan əlavə, tərkibindəki fitik turşusu bəzi mineralların sorulmasını əngəlləyə bilər.


Əminə Bayramova 

Tarix: 29 Aprel 2025, 15:35   
Chosen
3
pravda.az

1Sources