"Qlobal Cənub Forumu növbəti dəfə Bakıda "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" adı ilə tədbir keçirir. Forumda dünyanın nüfuzlu təşkilat nümayəndələri iştirak edir. Bakıda keçirilən Qlobal Cənub Forumu, ölkəmizdə baş tutan digər beynəlxalq tədbirlərin davamı olaraq, beynəlxalq münasibətlər sistemində Azərbaycan üçün bir çox sahələrdə faydalı olduğunu göstərir. Qlobal Cənub Forumu platforması çərçivəsində ələ alınan və müzakirə edilən məsələlər nəinki Azərbaycanda və region dövlətləri üçün faydalıdır, həmçinin dünyanın əksər ölkələri üçün faydalı ola biləcək qədər önəmlidir".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. Onun sözlərinə görə, son illərdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin, o cümlədən Qlobal Cənub Forumuna bilavasitə Azərbaycanın evsahibliyi etməsi bizə əsas verir ki deyək, bu tədbirlərin vətəndaş cəmiyyətinin inkişafına müsbət təsiri olacaqdır:
"Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciət, bir daha sübut edir ki, Azərbaycan bütün platformalarda olduğu kimi Qlobal Cənub Forumunun təşəbbüslərini dəstəkləyir və bu istiqamətdə əlindən gələni etməyə çalışır. Olkəmizdə keçirilən bütün beynəlxalq tədbirlər çərçivəsində qəbul edilən layihələrin Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etməsi şübhəsizdir. Çünki beynəlxalq tədbirlərin keçirildiyi ölkələrdə, istər siyasi, istərsə də beynəlxalq səviyyədə təcrübə qazanmaq baxımından faydaları misilsizdir. Beynəlxalq tədbirlərdə əldə olunan təcrübə və belə tədbirlərə təşkilatçılıq xususilədə gənclərimizin və bu istiqamətdə çalışan mütəxəssislərimizin daha effektiv işləməsinə imkan verir. Qlobal Cənub Forumunun Bakıda yaratdığı xüsusilə də QHT Platforması, həmçinin Azərbaycan üçün , gənc mütəxəssislərin formalaşması istiqamətində yeni diplomatik əlaqələr, imkanlar yaradır və bütün bunların nəticəsində ölkəmizin yalnız faydaları ola bilər".
Süleyman