EN

Qərbi azərbaycanlıların əsas hüquqlarının pozulması ilə bağlı ICESCO rəhbərliyi məlumatlandırılıb

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik Qərbi Azərbaycan İcmasının rəhbərliyi ilə görüşüb.

Görüşdə İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli, Müşahidə Şurasının sədri Misir Mərdanov və qurumun rəhbərliyində təmsil olunan digər şəxslər iştirak ediblər.

Görüşdə mədəni irsin qorunması, təhsil və elmi araşdırmalar vasitəsilə İslam irsi üzrə həqiqətlərin üzə çıxarılması və mədəniyyətlərarası dialoq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

İcma nümayəndələri azərbaycanlıların indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qalması nəticəsində onların əsas hüquqlarının, o cümlədən mədəni və təhsil hüquqlarının pozulması, oradakı Azərbaycan mədəni irsinin məhv edilməsi barədə ICESCO rəhbərinə məlumat verib.

İslam Əməkdaşlıq Təşkilatının 2024-cü il Banjul zirvə görüşünün qərarlarına və ICESCO-nun mandatına uyğun olaraq təşkilatın bu məsələlər üzrə səylərinə ümid bəslədiklərini bildiriblər.

Chosen
0
8
aznews.az

10Sources