EN

“Real” əsas müdafiəçisini itirdi – Bu gün əməliyyat olunub

“Real” müdafiəçisi Antonio Rüdiger zədə səbəbindən mövsümün qalan matçlarında oynamayacaq.

Msport.az xəbər verir ki, almaniyalı futbolçu sol dizindəki xarici meniskin qismən yırtılması səbəbindən bu gün əməliyyat olunub.

İddiaya görə, təcrübəli oyunçunun sağalma müddəti 6-8 həftə çəkəcək.

Rüdiger “Barselona” ilə İspaniya Kral Kubokunun final matçının (2:3) 111-ci dəqiqəsində zədələnib.

Qeyd edək ki, müdafiəçi bu mövsüm “Real”ın heyətində 49 matçda iştirak edib.

Chosen
2
msport.az

1Sources