EN

Rusiya Kiyevin atəşkəs rejimini rədd etdi

Rusiya Kiyevin təklif etdiyi Ukraynada uzunmüddətli atəşkəs rejiminə bütün “nüanslar” həll olunmayana qədər razı olmayacaq. 

 

Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

 

"Belə uzunmüddətli atəşkəsdən danışsaq, prezident Putinin Kremldə danışdığı nüanslar burada vacibdir. Lakin bu suallara cavab olmadan belə uzunmüddətli atəşkəsə nail olmaq çətindir", - Kremlin sözçüsü bildirib.

 

Bir gün əvvəl Moskva Sovet-Alman müharibəsində qələbənin 80-ci ildönümü şərəfinə elan etmişdi ki, Rusiya ordusu 8 may 00:00-dan 11 may 00:00-a kimi birtərəfli qaydada atəşi dayandıracaq. Lakin Ukrayna silahlı qüvvələri tərəfindən atəş olarsa, “adekvat cavab” hüququnu özündə saxlayacaq. Peskov bu bəyanatı daha əvvəl Ukrayna ilə "ilkin şərt" olmadan sülhə hazır olduğunu bildirən Putinin xoş niyyətinin təzahürü kimi qiymətləndirib.

 

 

Firuzə Əliyeva

Sfera.az

 

Chosen
0
50
sfera.az

10Sources