Kanadada keçirilən federal seçkilərdə Liberal Partiya hakimiyyətdə qalaraq Mark Karnini ölkənin yeni baş naziri seçib.
Sfera.az xəbər verir ki, seçkidən sonra çıxış edən yeni Baş nazir Mark Karni ABŞ ilə münasibətlərin yeni mərhələyə keçdiyini bildirib.
O, ABŞ-nin xəyanətdə ittiham edib:
“Amerika BirləşmiÅŸ Åžtatları ilÉ™ keçmiÅŸ münasibÉ™tlÉ™rimiz, inteqrasiyaya É™saslanan É™mÉ™kdaÅŸlıq sona çatıb. İkinci Dünya MüharibÉ™sindÉ™n bÉ™ri Kanadanın rifahına xidmÉ™t edÉ™n açıq qlobal ticarÉ™t sistemi artıq mövcud deyil. ABÅž-nin xÉ™yanÉ™tini heç vaxt unutmayacağıq”.
Karni qarşıdakı dövrün çətin keçəcəyini və Kanadanın iqtisadi müstəqilliyini təmin etmək üçün böyük fədakarlıqlara ehtiyac duyulacağını qeyd edib. O, ABŞ-nin Kanadaya tətbiq etdiyi gömrük tariflərinə qarşı sərt mövqe nümayiş etdirəcəyini və ölkənin ABŞ-yə iqtisadi asılılığını azaltmaq məqsədilə milyardlarla dollar sərmayə yatırılacağını bildirib.
Seçki nəticələrini şərh edən Anqus Reid İnstitutunun rəhbəri Şaçi Kurl bildirib ki, liberal qələbə üç əsas amillə bağlı olub:
"Mühafizəkarların qarşısında geniş siyasi ittifaqın yaranması, Donald Trampın gömrük tarifləri ilə bağlı sərt siyasəti və sabiq baş nazir Castin Trüdonun istefası ilə solçu elektoratın liberallara geri dönməsi qələbəyə imkan yaradıb".
Xatırladaq ki, seçki ərəfəsində ABŞ Prezidenti Donald Tramp Kanadaya qarşı 25% əlavə vergi tətbiq edəcəyini və Kanadanı ABŞ-nin 51-ci ştatına çevirmək istəyini dilə gətirmişdi. Karni bu fikirlərə cavab olaraq bildirib:
“Amerika torpaqlarımıza, resurslarımıza vÉ™ su ehtiyatlarımıza sahib çıxmaq istÉ™yir. Bu, boÅŸ tÉ™hdid deyil. Tramp bizi parçalamaq vÉ™ ABÅž-yÉ™ qatmaq istÉ™yir. Bu, É™sla baÅŸ vermÉ™yÉ™cÉ™k”.
Bəsti Rəfizadə
Sfera.az