Bakı. Trend:
Cari ilin mart ayının sonuna olan məlumata görə, Azərbaycandarezident maliyyə institutlarının (həmçinin, statistik vahidinödəniş kartları) emissiya etdiyi lokal kartlar vasitəsiləəməliyyatların sayı 43,9 min ədəd, əməliyyatların həcmi isə 43,26milyon manat olub.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə lokalödəniş kartları ilə əməliyyatların sayı 248,9 min ədəd və ya 6,7dəfə, lokal ödəniş kartları ilə əməliyyatların həcmi isə 2,59milyon manat, yaxud da 5,6% azalıb.
Belə ki, əvvəlki ilin eyni dövründə Azərbaycanda rezidentmaliyyə institutlarının emissiya etdiyi lokal ödəniş kartlarıvasitəsilə əməliyyatların sayı 292,8 min ədəd, əməliyyatların həcmiisə 45,85 milyon manat idi.
Qeyd edək ki, lokal kartlar dedikdə, adətən, yalnız ölkədaxilində istifadə üçün nəzərdə tutulmuş və yerli maliyyəinstitutları tərəfindən buraxılan ödəniş kartları başa düşülür. Bukartlar beynəlxalq ödəniş sistemlərinə (Visa, MasterCard, AmericanExpress və s.) bağlı olmaya bilər və əsasən yerli bankomatlar, POSterminallar və ölkədaxili ödənişlər üçün istifadə olunur.