İsrailin Qəzzada atəşkəs danışıqlarında gündəmə gətirilən beş illik atəşkəs müqabilində bütün israilli əsirlərin azad edilməsi təklifini rədd edib.
7Times.az xəbər verir ki, bu barədə Tel-Əviv rəhbərliyi açıqlama yayıb.
“Biz çətin ki, HƏMAS-ın yenidən silahlanmasına, qruplaşmasına və İsrailə qarşı müharibəsini davam etdirməsinə imkan verən atəşkəsi qəbul edək”, – deyə İsrail rəsmisi bildirib.
Qəzzada saxlanılan israilli əsirlərin ailələrindən verilən açıqlamada təklifin rədd edilməsinin hökumətin planının olmadığının daha bir sübutu olduğu bildirilib.
Qeyd edək ki, BBC-də dərc olunan xəbərdə vasitəçi ölkələr olan Misir və Qətərin 5-7 il davam edəcək atəşkəs və əsir mübadiləsi planı layihəsi təqdim etdikləri iddia edilmişdi.