EN

Çin ABŞ-nidialoqa çağırdı

BAKI, 29 aprel. TELEQRAF

Çin ABŞ-ni gömrük rüsumları və iqtisadi təzyiqlər siyasətindən imtina etməyə, əvəzində bərabərlik və qarşılıqlı hörmət əsasında dialoqa başlamağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Əgər ABŞ mövcud problemləri dialoq yolu ilə həll etmək istəyirsə, təhdid və təzyiqlər siyasətindən əl çəkməli, Çinlə bərabər əsasda və qarşılıqlı hörmət əsasında danışığa başlamalıdır,” – məlumatda deyilir.

Çin tərəfi hesab edir ki, konstruktiv və bərabərhüquqlu danışıqlar yalnız qarşılıqlı maraqların nəzərə alındığı şəraitdə mümkün ola bilər.

Chosen
0
teleqraf.com

1Sources