EN

“Sağlamlığa Doğru Qaç!” adlı növbəti mərhələ yarışı uğurla keçirilib - VİDEO

Gəncə şəhərində “Sağlamlığa Doğru Qaç!” adlı növbəti mərhələ yarışı uğurla keçirilib.

Gəncə şəhərində “Sağlamlığa Doğru Qaç!” adlı növbəti mərhələ yarışı uğurla keçirilib.

Operativ Media xəbər verir ki, 27 aprel tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Atletika Federasiyası (AAF) və “Zəfər” Qaçış Klubunun birgə təşkilatçılığı ilə Gəncə, Göygöl, Daşkəsən, Samux, Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Kəlbəcər rayon səhiyyə işçiləri və Tibb kolleci tələbələrinin iştirakı ilə Gəncə şəhərində “Sağlamlığa Doğru Qaç!” adlı növbəti mərhələ yarışı uğurla keçirilib.

17 İyun – Tibb işçilərinin Peşə bayramına həsr edilən layihənin əsas məqsədi tibb işçilərinin fiziki sağlamlığının təşviqi, onların asudə vaxtlarının səmərəli təşkili, həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsi və yeni dostluqların qurulması olub.

1Sources