Bakıdakı "General Hospital" klinikası 6 min manat məbləğində cərimə edilib.
"Unikal" modern.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi 17 mart 2025-ci ildə klinika haqqında İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikatsiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edib.
Bakı şəhəri Suraxanı rayon Məhkəməsi Səhiyyə Nazirliyinin protokolunu təsdiq edib və "General Hospital" klinikası barədə inzibati tənbeh tətbiq edilib.
Xatırladaq ki, bir müddət əvvəl "General Hospital"da saxta sağlamlıq arayışı qalmaqalına görə cinayət işi açılmışdı.