EN

"Barselona" - "İnter" oyunu baş tutacaq?

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barselona” – “İnter” matçının təxirə salınma ehtimalı barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, qarşılaşmanının baş tutma ehtimalı yüksəlib. Bu barədə İspaniyanın milli elektrik operatoru "Red Electrica" məlumat yayıb.

Bildirilib ki, elektrik kəsilməsindən sonra bərpa işləri başlanılıb. Problemin yaranmasına səbəb kimi kiberhücum ehtimalı göstərilsə də, səlahiyyətlilər bildiriblər ki, elektrik enerjisinin kəsilməsinə nadir atmosfer hadisəsi səbəb olub.

Şirkətin məlumatına görə, İspaniyada fövqəladə vəziyyət elan edilsə də, elektrik enerjisi təchizatı 99,95%-ə qədər bərpa olunub.

Chosen
1
1
publika.az

1Sources