EN

Pezeşkian İlham Əliyevə təşəkkür edib

İran Prezidenti Məsud Pezeşkian dünənki Azərbaycana səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Hakimiyyet.az xəbər verir ki, bu barədə M.Pezeşkian “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

M.Pezeşkian səfər zamanı Azərbaycan və İran arasında mühüm razılaşmaların əldə olunduğunu xatırladıb.

"Bu səfər etimadın gücləndirilməsi və hərtərəfli elmi, iqtisadi, mədəni, müdafiə əməkdaşlığının yeni üfüqlərinin açılması üçün zəmindir. Azərbaycan Prezidenti İlham Əliyevə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm", - paylaşımda qeyd edilib.

دیروز در باکو با برادر عزیزم الهام علیف رئیس جمهوری آذربایجان تفاهم‌هایی داشتیم و سندهایی امضا شد. این سفر مقدمه‌ای برای افزایش اعتماد و گشوده شدن افق‌های جدید برای همکاری‌های همه‌جانبه علمی، اقتصادی، فرهنگی و امنیتی است. از مهمان‌نوازی جناب الهام علیف تشکر می‌کنم.@azpresident pic.twitter.com/0j28hymxnN

— Masoud Pezeshkian (@drpezeshkian) April 29, 2025

Chosen
0
21
hakimiyyet.az

10Sources