EN

HƏMAS və Misir arasında aparılan danışıqlar nəticəsiz qaldı

BAKI, 29 aprel. TELEQRAF

Son günlər Misirin paytaxtı Qahirədə keçirilən görüşlərdə Misir nümayəndələri ilə Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs və münaqişənin dayandırılması ilə bağlı razılıq əldə olunmayıb.

Teleqraf xəbər verir ki, bu barədə HƏMAS-a yaxınlığı ilə tanınan "Maan" agentliyi məlumat yayıb.

Məlumata görə, danışıqlarda ciddi irəliləyiş olmayıb. HƏMAS nümayəndələri İsraillə döyüşlərin dərhal və tam şəkildə dayandırılmasını tələb edib. Əvəzində isə Qəzzada saxlanılan bütün girovları azad etməyə razı olduqlarını bildiriblər.

ABŞ bu şərtlə razı olduğunu desə də, İsrail bu təklifi qəbul etmir. Buna görə hazırda Qətər və Türkiyə rəsmiləri ABŞ hökumətinə müraciət edirlər ki, İsrail HƏMAS-ın şərtini qəbul etsin.

Digər tərəfdən, İsrail vasitəçilərə yeni bir təklif verib. Bu təklifə görə, Qəzzaya göndərilən humanitar yardımlar HƏMAS-ın nəzarətinə düşməməlidir. Bunun üçün Rəfah şəhərində xüsusi təhlükəsiz zona və Misirlə sərhəd boyunca yeni bufer (təhlükəsizlik) zonası yaradılması planlaşdırılıb.

Xatırladaq ki, yanvar ayında İsrail və HƏMAS arasında atəşkəs və girovların azad olunması ilə bağlı razılaşma əldə olunmuşdu. Bu razılaşmanın ilk mərhələsi yanvarın 19-da başlamış və martin 1-də başa çatmışdı. Amma tərəflər ikinci mərhələyə keçid barədə razılaşa bilməyiblər.

Nəticədə, martın 18-də İsrail ordusu Qəzzaya yenidən hərbi əməliyyatlara başlayıb. İsrail buna səbəb kimi HƏMAS-ın danışıqlarda təqdim olunan təklifləri rədd etməsini göstərib. HƏMAS isə müharibənin yenidən başlamasında İsraili və ABŞ-ni günahlandırır.

Chosen
3
teleqraf.com

1Sources