BAKI, 29 aprel. TELEQRAF
"Məqsədimiz imtahanlarda suallarla həkimlərə çətinlik yaratmaq deyil".
Teleqraf xəbər verir ki, bunu deputat Musa Quliyev parlamentin Əmək və sosial siyasət komitəsində müzakirəyə çıxarılan“Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına təklif edilən dəyişiklik layihəsinin müzakirəsində deyib.
"Burada humanist olmalıyıq. Məqsədimiz suallarla həkimlərə çətinlik yaratmaq deyil. Bəzən Dövlət İmtahan Mərkəzinin hazırladığı elə suallar olur ki, onun cavabı ya kitablarda olmur, ya da həmin şəxsə heç vaxt lazım olmayacaq. Məqsədimiz humanist olmaqdır. Həkimlərə, orta tibb işçilərinə praktik nə lazım olacaqsa, onlarla bağlı suallar hazırlanmalıdır", - deyə millət vəkili əlavə edib.