EN

Naxçıvanda İmmunlaşdırma Həftəsinə start verilib

Naxçıvan Muxtar Respublikasında İmmunlaşdırma Həftəsi başlayıb. 

Missiya.Az xəbər verir ki, aksiyanın təşkilində məqsəd peyvəndləmə sahəsində əhalinin maarifləndirilməsi, peyvənddən kənar qalmış uşaqların immunizasiya prosesinə cəlb olunması, eyni zamanda ağır yoluxucu xəstəliklər və onların fəsadlarına qarşı qorunmanın təmin edilməsidir. 

Tədbir çərçivəsində valideynlərlə peyvəndin əhəmiyyəti barədə ətraflı söhbətlər aparılıb, onların sualları cavablandırılıb və peyvəndin əhəmiyyəti barədə məlumatlandırma materialları təqdim olunub. Eyni zamanda peyvənd olunmayan uşaqlara uyğun vaksinlər tətbiq edilib. 

Uşaqların maraq və diqqətini cəlb etmək, tədbiri onlar üçün daha yadda qalan və xoş keçirmək məqsədilə əyləncəli şou proqram da təşkil edilib. Bu, həm uşaqlarda pozitiv təəssürat yaradıb, həm də valideynlərin təşvişlərini azaltmağa kömək edib. 

Qeyd edək ki, İmmunlaşdırma Həftəsi çərçivəsində muxtar respublikanın bütün rayonlarında tədbirlər davam etdiriləcək, peyvənddən imtina edən valideynlərlə görüşlər keçiriləcək, onların narahatlıqları dinləniləcək və maarifləndirmə işləri aparılacaq. Daha sonra isə həmin uşaqlara müvafiq peyvəndlər vurulacaq. 

Bu kimi tədbirlər, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, ictimai sağlamlığın qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. İmmunlaşdırma yalnız fərdi qoruma deyil, eyni zamanda kollektiv immunitetin formalaşmasında da əsas vasitədir. 

Nurlana ƏhmədovaMissiya.Az

Chosen
0
1
missiya.az

3Sources