EN

Vüqar Oruc: “Bu platforma sayəsində böyük güc yaranacaq”

Yazını böyüt
Yazını kiçilt

“Qlobal Cənub QHT Platformasının təsis edilməsi Azərbaycanda QHT sahəsində yeni dövrün başlanmasına şərait yaradacaq. Artıq fəaliyyət istiqamətləri genişlənəcək, beynəlxalq əməkdaşlığın səviyyəsi yüksələcək və  Azərbaycan dövləti tərəfindən QHT-lərin qarşısına qoyulan zəruri və strateji məsələlərin koordinasiyalı şəkildə həlli mümkün olacaq”.

Bunu Hafta.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

O, hesab edir ki, Bakı Qlobal Cənub QHT Platformasının təsis olunması dünya QHT-ləri ilə əməkdaşlıq müstəvisində təqdirəlayiq hadisə olmaqla yanaşı, ölkəmizin qarşılaşdığı problemlərin ümumdünya çərçivəsində müzakirə edilməsi və aradan qaldırılması üçün səylərin birləşdirilməsinə təkan verəcək. Onun sözlərinə görə, Qlobal Cənub Platforması Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini -  dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən nəhəng bir müstəvidir və  Qlobal Cənubda vətəndaş cəmiyyətinin əməkdaşlığını planlaşdırır.

“Bir çox ölkələrin üzləşdiyi ədalətsizlik, yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal problemər, ticarət bərabərsizliyi və sair məsələlər Cənub Platformasında olan dövlətləri narahat edir. Bu məsələlər Platformanın sayəsində birgə səylərin yönləndirilməsi ilə aradan qaldırıla bilər”.

V.Oruc eyni zamanda qeyd edib ki, dövlətlərin idarə olunması, inkişafında QHT və Assosiasiyaların rolu böyükdür. Azərbaycan dövlətinin inkişaf trayektoriyası və strateji hədəfləri məhz QHT və Assosiasiyaların inkişafını zəruri edir. Bu istiqamətdə mövcud dövlət siyasətinə dəstək, habelə cəmiyyətin problemlərinin həllində fəal iştirakının təmin edilməsi, QHT-lərin aktiv fəaliyyəti ilə mümkündür.

AQC sədrinin fikrincə, bu platformanın sayəsində böyük bir güc yaranacaq ki, bu da fəaliyyətin koordinasiyalı şəkildə sürdürülməsinə imkan verəcək.

“Azərbaycanda QHT təcrübəsi bu prosesin nəticəsi olaraq daha da zənginləşəcək. Bu, vətəndaş cəmiyyətlərinin, ictimai təşkilatların assosiasiyaların birgə əldə etdiyi uğurdur.  Bu gün Azərbaycan bütün istiqamətlər üzrə öz mövqelərini inkişaf etdirir. Bu da nəticədə dövlətin regionda və dünyada mövqelərinin daha da inkişaf etməsinə və təsir imkanlarının genişlənməsinə şərait yaradır. Bu, Prezident İlham Əliyevin  yeritdiyi çoxvektorlu, institutsional və ədalətə, demokratiyaya, insan haqlarına dayanan siyasətinin təzahürüdür”.

 

Chosen
2
1
hafta.az

2Sources