EN

Türkiyəli iş adamları Abşeron Ticarət Mərkəzində: Yeni əməkdaşlıq imkanları müzakirə edildi

(®) 26 aprel tarixində OGİD-in (Ordu Gənc İş İnsanları Dərnəyi) təşkilatçılığı ilə Türkiyənin aparıcı iş adamları Abşeron Ticarət Mərkəzində işgüzar səfərdə olublar.

Bu səfər Türkiyə ilə Azərbaycan arasında mövcud olan möhkəm dostluq bağlarının iqtisadi platformada öz əksidir. Səfər çərçivəsində logistika, tikinti, kənd təsərrüfatı, xidmət sektoru və innovasiya texnologiyaları kimi sahələr üzrə əməkdaşlıq imkanları müzakirə edilib, panel müzakirələr, təqdimatlar və B2B formatında görüşlər keçirilib.

Azərbaycan-Türkiyə iqtisadi münasibətləri fonunda startapların təşviqi və yerli bizneslərin beynəlxalq bazarlara çıxışına dəstək mövzusunda yeni imkanlar araşdırılıb.

Abşeron Ticarət Mərkəzi bu mühüm görüşlər üçün ideal məkan kimi çıxış edərək iştirakçılara rahat müzakirə və şəbəkələşmə imkanı təqdim edib. Mərkəzin müasir infrastruktur imkanları və biznes yönümlü mühiti bu cür beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün nümunəvi platforma rolunu oynayır.

Gələcəkdə də Abşeron Ticarət Mərkəzi bu tip işgüzar, iqtisadi körpülərin qurulmasında aktiv iştirakçı olmağı qarşısına məqsəd qoyur.

Abşeron-Ticarət-Mərkəzilogistika tikinti kənd təsərrüfatı xidmət sektoru və innovasiya
Chosen
0
6
marja.az

7Sources