EN

Türkiyəli iş adamları Abşeron Ticarət Mərkəzində: Yeni əməkdaşlıq imkanları müzakirə edilib -FOTO

Gələcəkdə də Abşeron Ticarət Mərkəzi bu tip işgüzar, iqtisadi körpülərin qurulmasında aktiv iştirakçı olmağı qarşısına məqsəd qoyur. 

26 aprel tarixində OGİD-in (Ordu Gənc İş İnsanları Dərnəyi) təşkilatçılığı ilə Türkiyənin aparıcı iş adamları Abşeron Ticarət Mərkəzində keçirilən işgüzar səfərdə iştirak ediblər. Bu səfər Türkiyə ilə Azərbaycan arasında mövcud olan möhkəm dostluq bağlarının iqtisadi platformada öz əksi olub.

Operativ Media xəbər verir ki, səfər çərçivəsində logistika, tikinti, kənd təsərrüfatı, xidmət sektoru və innovasiya texnologiyaları kimi sahələr üzrə əməkdaşlıq imkanları müzakirə edilib, panel müzakirələr, təqdimatlar və B2B formatında görüşlər keçirilib.

Azərbaycan-Türkiyə iqtisadi münasibətləri fonunda startapların təşviqi və yerli bizneslərin beynəlxalq bazarlara çıxışına dəstək mövzusunda yeni imkanlar araşdırılıb.

Abşeron Ticarət Mərkəzi bu mühüm görüşlər üçün ideal məkan kimi çıxış edərək iştirakçılara rahat müzakirə və şəbəkələşmə imkanı təqdim etdi. Mərkəzin müasir infrastruktur imkanları və biznes yönümlü mühiti bu cür beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün nümunəvi platforma rolunu oynayıb.

Gələcəkdə də Abşeron Ticarət Mərkəzi bu tip işgüzar, iqtisadi körpülərin qurulmasında aktiv iştirakçı olmağı qarşısına məqsəd qoyur.

Chosen
0
6
operativmedia.az

7Sources