EN

ÇL: PSJ "Arsenal"a qarşı - YENİLƏNİR

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi bu gün start götürür.

Fanat.Az xəbər verir ki, yarımfinalın ilk qarşılaşması Londonda baş tutacaq.

İngiltərə nəhəngi "Arsenal" Fransa çempionu PSJ-ni qəbul edəcək.

"Emirates" stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23.00-da səsləndiriləcək.

Qeyd edək ki, yarımfinalın digər oyunu sabah baş tutacaq. "Barselona" "İnter"lə münasibətlərinə aydınlıq gətirəcək. Cavab görüşləri isə 6-7 may tarixlərində keçiriləcək.

Çempionlar Liqası
Yarımfinal, ilk oyunlar
29 aprel

23:00. "Arsenal" (İngiltərə) – PSJ (Fransa)

Chosen
1
fanat.az

1Sources