EN

Qəzzada ölənlərin sayı 52,3 mini ötüb

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ən azı 57 fələstinli həlak olub.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İsrail qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 57 nəfər ölüb, daha 153 nəfər yaralanıb. Daha əvvəl dağıntılar altından çıxarılan 14 nəfərin cəsədi bölgədəki xəstəxanalara çatdırılıb.

Chosen
0
2
demokrat.az

6Sources