"Nürnberq"in futbolçusu Mahir Emreli zədələnib.
"Football-plus.az" xəbər verir ki, 28 yaşlı hücumçu səfərdə "Fortuna"ya qarşı 31-ci tur matçında bilək sümüyünü qırıb.
Hazırda cərrahi müdaxilə olmadan müalicə alan həmyerlimiz məşqlərdə və oyunlarda qoruyucu şinlə iştirak edə biləcək.
Qeyd edək ki, sözügedən görüşdə komandasının ikinci qolunu vurub. Oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.