Rusiya Prezidenti Vladimir Putin ölkədə qeyri-qanuni yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statuslarını tənzimləməli və ölkəni tərk etməli olduğu müddəti 2025-ci ilin 10 sentyabr tarixinədək uzadıb.
Modern.z xəbər verir ki, Rusiya prezidentinin müvafiq fərmanı hüquqi aktlar portalında dərc olunub.
Qeyd edək ki, bundan öncəki fərman miqrantların hüquqi statuslarını aprelin 30-dək tənzimləməyi tələb edirdi.
Rusiyada fevralın 5-dən ölkədə qeyri-qanuni qalan əcnəbilərin ölkədən çıxarılması üçün xüsusi rejim qüvvədədir.