Biləsuvar şəhərində güclü dolu yağıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, təbiət hadisəsi təxminən 10 dəqiqə davam edib, ölçüsü 1-2 mm olub.
Daha sonra dolunu yağış əvəz edib.
Hazırda dolunun təsərrüfatlara və digər sahələrə vurduğu ziyanla bağlı məlumat yoxdur.
Sabutay, Bizim.Media, Cənub bürosu.