İspaniya Kral Kubokunun finalında "Barselona" ilə oyunda (2:3) qırmızı vərəqə alan "Real"ın futbolçusu Antonio Rüdiger qınaq obyektinə çevrilib.

Offsideplus.az xəbər verir ki, Almaniyanın futbol ictimaiyyəti hakimə plastik su qabını tullayan müdafiəçini kəskin tənqid atəşinə tutub.

Onların arasında Almaniya yığmasının veteran futbolçusu Ditmar Hamann da var.

"Redigeri bu hərəkətindən sonra Almaniya milli komandasına çağırmaq lazım deyil", - deyə yaxın keçmişin ulduz futbolçusu vurğulayıb.

Həmçinin məşhur BILD nəşrinin azarkeşlər arasında keçirdiyi sorğuda respondentlərin 78%-i yığmanın qapılarını "Real"ın müdafiəçisinin üzünə bağlamağı məqsədəuyğun sayıblar.