EN

Gürcüstan Prezidentinin Ermənistana səfəri başladı

Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Ermənistana rəsmi səfəri başlayıb.

Publika.az xəbər verir ki, Zvartnots beynəlxalq hava limanında Gürcüstan prezidentinin qarşılanma mərasimi keçirilib. Mixeil Kavelaşvilini hava limanında Ermənistanın Baş nazirinin müavini Tiqran Xaçaturyan qarşılayıb.

Səfər çərçivəsində Gürcüstan Prezidenti erməni həmkarı Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyanla yüksək səviyyəli görüşlər keçirəcək.

Prezident, həmçinin bütün ermənilərin katolikosu II Qareginlə də görüşəcək.

Chosen
0
4
publika.az

6Sources