EN

Gəncədə ağır qəza - Ölən və xəsarət alan var

Gəncədə ağır yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Əziz Əliyev prosoektində qeydə alınıb.

Belə ki, “Xəzər Lada” markalı avtomobillə “Hyundai Santafe” markalı maşın toqquşub.

Hadisə zamanı 1997-ci il təvəllüdlü Leyla Rüstəmli və 1970-ci il təvəllüdlü Sevinc Kələntərova müxtəlif bədən xəsarətləri alıblar. Həkimlərin səyinə baxmayaraq 55 yaşlı S. Kələntərova vəfat edib.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev

Chosen
12
2
qafqazinfo.az

3Sources