EN

Lu Mey: Ötən doqquz ay ərzində hər iki tərəf dövlət başçılarının əldə etdiyi konsensusu ardıcıl surətdə həyata keçirib VİDEO

Bakı, 28 aprel, AZƏRTAC

Çin və Azərbaycan liderləri ötən ilin iyul ayında Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin sammitində görüşüb və iki ölkə arasında strateji tərəfdaşlığın mövcud olduğunu elan ediblər. Son doqquz ay ərzində hər iki tərəf davamlı olaraq dövlət başçılarının əldə etdiyi konsensusu həyata keçirib, əməkdaşlığın potensialını dərindən araşdırıb, qarşılıqlı fəaliyyətin məzmununu davamlı olaraq zənginləşdirib və bir sıra diqqətəlayiq nəticələr əldə ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey aprelin 28-də Bakıda keçirilən brifinqdə deyib.

“Tərəflər arasında yüksəksəviyyəli mübadilələr sıx olub, bir-birini ziyarət edən nümayəndə heyətlərinin sayı iki dəfə artıb, ikitərəfli ticarət yeni tarixi zirvəyə çatıb. Çin Azərbaycan üçün ən böyük idxal mənbəyinə çevrilib. Məhz bu səmərəli nəticələr əsasında iki dövlətin liderləri müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni səhifə açaraq, ikitərəfli münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çıxarmaq qərarına gəliblər”, - deyə Lu Mey əlavə edib.

Chosen
1
1
azertag.az

2Sources