EN

Paşinyan: "Ermənistanın Rusiya ilə münasibətləri gərginləşdirmək və pozmaq niyyəti yoxdur"

"Ermənistanla Rusiya arasında münasibətlər qarşılıqlı maraqlar üzərində qurulub və bu, belə də qalacaq. Amma mən çox açıq demək istəyirəm ki, Ermənistanda da, fikrimcə, çox vaxt reallığı düzgün əks etdirməyən ifadələr olur”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tallinndə estoniyalı həmkarı Kristen Mixal ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Bizim heç bir şəkildə Rusiya ilə münasibətləri gərginləşdirmək, pozmaq və ya korlamaq niyyətimiz yoxdur. Biz bütün beynəlxalq tərəfdaşlarla yaxşı münasibətlər qurmaq istəyirik”, - Paşinyan deyib.

Bizim.Media

Chosen
3
4
bizim.media

3Sources