EN

Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş silsilə tədbirlər KEÇİRİLDİ - FOTO

Bu gün Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon ərazisində fəaliyyət göstərən səhiyyə və mədəniyyət müəssisələrində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusar şəhərində yerləşən xəstəxanalardan birində baş tutmuş tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
 

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov peşəkar həkim, akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, Azərbaycan səhiyyəsi və tibb elminə misilsiz xidmətlərindən bəhs edib.


Həmçinin, çıxış edən Milli Məclisin deputatı Azər Badamov, Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri David İbramxəlilov və digər natiqlər də görkəmli oftalmoloqun keçdiyi mənalı həyat yolundan, peşə və ictimai fəaliyyətindən məlumat veriblər.

Qusar rayon Mərkəzi Xəstəxanasında baş tutmuş tədbirdə Milli Məclisin deputatı Azər Badamov, Rayon İcra Hakimiyyəti başçısının I müavini Şahid Fərəməzov, YAP Qusar Rayon Təşkilatının sədr müavini Neva Abdurahmanova, xəstəxana rəhbərliyi və kollektivinin iştirakı ilə Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yoluna nəzər salınıb.

Qusar rayon Heydər Əliyev Mərkəzində keçirilmiş “Qəlblərə nur saçan insan” adlı tədbirdə isə əvvəlcə Zərifə Əliyevanın həyatı və çoxşaxəli fəaliyyətini əks etdirən foto sərgiyə baxış keçirilib. Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ceyhun Hacıyev və digər natiqlər elmi tədqiqatları ilə milyonlarla insana işıq, nur bəxş edən görkəmli alimin fəaliyyəti haqqında məlumat veriblər.





















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Chosen
8
1
bizim.media

2Sources