Bu barədə AzadMedia.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində olan “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-dən məlumat verilib.
Göründüyü kimi, qurum əməkdaşları yollarda əmələ gələn çökmə hallarını aradan qaldırır.
Qeyd edək ki, bir müddət əvvəl Şamaxı-Əngəxaran-Cabanı yolunun 11-ci kilometrliyində çökmə baş verib. Çökmənin hündürlüyü bir metrdən artıq olub.
“19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin əməkdaşları yaranmış problemi aradan qaldırmaq üçün çalışır. Artiq yolda işlərin çox hissəsi görülüb.