EN

Qlobal Cənub QHT platforması Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda tərəqqinin katalizatoruna çevrilə bilər - BMT nümayəndəsi

Bakı. Trend:

Qlobal Cənub QHT platforması Dayanıqlı İnkişaf Məqsədlərinə nailolmaqda tərəqqinin katalizatoruna çevrilə bilər.

Trend xəbər verirki, bunu Cenevrə Universitetinin dosenti, BMT-nin Ağıllı vəDayanıqlı Şəhərlər üzrə Proqramının (Cenevrədə) direktoru AleksandrB. Hicazi Qlobal Cənub QHT platformasının Bakıda keçirilən“Hərəkətdə həmrəylik: yeni və ədalətli dünya üçün Qlobal CənubQHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışızamanı deyib.

O qeyd edib ki,təkcə Dayanıqlı İnkişaf Məqsədlərində təsbitolunmuş müddətlər yox, eyni zamanda 2030-cu ildən sonrakı gələcəkvəziyyət də nəzərə alınmalıdır.

“Reallıq ondan ibarətdir ki, biz çevik addımlarla və əhəmiyyətliyaradıcılıq səviyyəsi ilə irəliləməliyik . Və mən hesab edirəm ki,bu bütün bu proseslərin katolizatoru olmağı vəd edən Qlobal CənubQHT platformasının hesabına mümkün olub”, -deyə Hicazibildirib.

O, həmçinin Qlobal Şimalın da əhəmiyyət kəsb etdiyinivurğulayıb.

"Qlobal Şimalı dəyərləndirməmək olmaz, çünki orada məqsədlərinmüəyyənləşdirilməsi və strategiyanın qurulması zamanı istifadəoluna biləcək və nəzərə alınmalı olan müxtəlif təcrübəyə malikçoxlu həmfikir insanlar tapmaq mümkündür", – deyə Hicazi əlavəedib.

Onun sözlərinə görə, daha bir vacib amil yerli səviyyədəsəfərbərlik, potensialın artırılması, lobbiçilik fəaliyyəti vəsiyasətlərin hazırlanmasıdır.

Chosen
1
1
az.trend.az

2Sources