EN

Vəli Quliyev: "Süni intellekt əmək məhsuldarlığını artıracaq, yeni peşələr və çağırışlar yaradacaq"

Süni intellektin yaratdığı elmi-texniki inqilab əmək məhsuldarlığının artmasına səbəb olacaq.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransında bildirib.

Onun sözlərinə görə, rəqəmsallaşmanın və süni intellektin tətbiqinin genişlənməsi, həmçinin "yaşıl iqtisadiyyat"a keçid yeni peşələrin yaranmasını qaçılmaz edir: “Bu isə əməyin mühafizəsi sahəsində yeni çağırışların aktuallaşmasına səbəb olur. Eyni zamanda, peşə xəstəlikləri, o cümlədən yeni növ xəstəliklərin yaranması riskləri də artacaq. Belə şəraitdə yeni tənzimləmə mexanizmlərinin qurulması və risk modellərinin yenidən formalaşdırılması zəruridir”.

V. Quliyev vurğulayıb ki, əmək münasibətlərinin rəqəmsallaşmasında “Əmək və məşğulluq” altsistemi (ƏMAS) mühüm rol oynayır: “ƏMAS-da aparılan təkmilləşdirmələr, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər və nəzərdə tutulan yeni layihələr əmək münasibətlərinin və əməyin mühafizəsinin elektron tənzimlənməsinə, əmək qanunvericiliyinə riayət olunmasına proaktiv nəzarət mexanizminin qurulmasına geniş imkanlar yaradır. Hazırda əmək müqavilələrinin elektron formada bağlanılması, işçi və işəgötürənlərin elektron kabinetlər vasitəsilə yazışması, ƏMAS-da əməyin mühafizəsi üzrə yaradılmış texniki funksionallıqlar və müxtəlif qurumların məlumat bazalarının sistemlə inteqrasiyası böyük əhəmiyyət kəsb edir”.

Onun sözlərinə görə, bu tədbirlər işəgötürənlər və aidiyyəti qurumlar tərəfindən bəzi risklərin əvvəlcədən müəyyən olunaraq qarşısının alınmasına şərait yaradır və nəticə etibarilə işçi-işəgötürən münasibətlərini, əməyin mühafizəsini yeni mərhələyə çıxarır.

Chosen
3
2
report.az

3Sources