Mən belə anladım, Makronun beynəlxalq axtarışa verilən cangüdəni də "ictimai əsasla” işləyib. Çünki, dələduzluq mövzusu, digər bənzər icraatlar, "qara işlər” adətən onların kurasiyasında olur. Üstəlik, bir tək Fransada yox, elə çox yerdə.
Məsələn, götürək elə "bizim” Əli Kərimlini. 17 mühafizəçisi var. Hamısı da "ictimai əsaslı”. Və gündə biri hansısa cinayətə görə həbsə girir. Müxtəlif səbəblərdən. Adam bıçaqlamağa görə, şantaja görə, xuliqanlığa görə. Qısası, AXCP sədri "ictimai əsaslı mühafizəçi” adı altında cinayətkar yetişdirməklə məşğuldur.
Sonra isə...arsız-arsız, utanmaz-utanmaz bağırır ki, filankəs günahsızdır.
Yox, a bəy. Günahsız - filan deyillər. Özün də bunu gözəl bilirsən. Sadəcə arxalarında sənin kimi həyasız biri var deyə, bu adamlar həmin cinayətləri daha rahat törədirlər və fikirləşirlər ki, əşşi, uzaq başı həyasız sədrimiz hay-şüvən qaldıracaq, məsələni siyasiləşdirəcək, xarici təşkilatlara donosdan-filandan yazacaq, ya da nə bilim, bədəbəddə aclıq aksiyası keçirəcəyik və... nəhayətində azadlığa çıxacayıq.
Xeyr! Elə şey-zad yoxdur. Daha keçməz belə köhnə, kustar üsullar, Əli Kərimli!
Bax Makrona. Gör, heç səsi çıxırmı? Çıxmır. Ayrıca, axtarışa verilən şəxs heç siravi mühahizəçisi də deyil ha, birbaşa mühafizənin rəisidir. Amma görürsən, Makron yenə susur. Heç nə demir.
Odur ki, sən də oxşa öz böyüyünə. Yəni, Makrona. Zatən hər şeyi o etdiyitək etmirsənmi? – Azərbaycana qarşı qənim kəsilməyi, erməni əlinə oynamağı, Paşinyana sevgi bəsləməyi – vəssalam da, bunu da o edən kimi et, söhbət bitsin, tamlığınız pozulmasın.
Belə yerdə deyirlər e, hamınız eyni bezin qırağısınız.
Sadəcə birinizin sapı aydan tapılır, digərinizki çaydan.
Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı.