Çin və Azərbaycan arasında strateji münasibətlər var.
Bunu Çinin Azərbaycana təyin olunmuş səfiri Lu Mey mətbuat brifinqində deyib.
Diplomat Azərbaycan və Çin arasındakı münasibətlərin yeni səviyyəyə yüksəldiyini vurğulayıb:
”İki ölkə arasında qarşılıqlı dostluq əlaqələri möhkəmlənib. Çin-Azərbaycan arasında strateji münasibətlər var. Gələcəkdə hər iki tərəf bütün razılaşmaları icra etməlidir”.