Şahmat Azərbaycanda inkişaf edib.
"Report"un məlumatına görə, bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç “Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində deyib.
FIDE rəhbəri tədbirdə iştirak edənləri salamlayıb:
"Bakıya ilk səfərim deyil. Qonaqpərvərliyə görə minnətdaram. Burada olduğum üçün qürur duyuram".
Xatırladaq ki, festivalın mükafat fondu 55 min ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir.
Festival həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə daxildir.