EN

Kommunal xidmətlərlə bağlı MÜHÜM XƏBƏR - Bu yeniliklər olacaq

Bu günlərdə  Azərbaycan hökuməti kommunal xidmətlərin idarə olunmasında rəqəmsal transformasiyanın həyata keçirilməsi istiqamətində mühüm addım atıb. "Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi" təsdiqlənib. Yol xəritəsinə görə, cari ilin 1 may tarixinə qədər kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılması və Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənədin hazırlanması planlaşdırılır. 2025-ci ilin sonuna qədər layihə ilə bağlı əsas mərhələlərin tamamlanması nəzərdə tutulur. Sistemin yaradılmasına rəhbərliyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həyata keçirir.



Kommunal xidmətlərlə bağlı rəqəmsallaşma necə olacaq? Bu rəqəmsallaşmanın hansı üstünlük və faydaları ola bilər? Mövzu ilə bağlı  Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Referans-a bildirib ki,  Azərbaycanda kommunal xidmətlər sahəsində böyük bir rəqəmsallaşma prosesi nəzərdə tutulur. Yeni yaradılan Vahid İnformasiya Sistemi vasitəsilə bütün kommunal xidmət göstəriciləri elektron şəkildə izlənəcək və idarə olunacaq.




Elvin Abbasov həmçinin açıqlamasında onu da vurğulayıb ki, ölkəmizdə bu sistem ilkin mərhələdə böyük şəhərlərdə tətbiq ediləcək və daha sonra ölkə üzrə genişlənəcək. Yeni sistemin əsas üstünlükləri xidmət keyfiyyətinin və şəffaflığın əhəmiyyətli dərəcədə artmasıdır. Bu istiqamətdə  insanların iştirakı minimuma endiriləcəkdir. Nəticədə də  neqativ hallar və subyektiv müdaxilələri aradan qaldıracaq.



"İstehlakçılar öz istehlak göstəricilərini real vaxtda izləyə biləcək, problemlər daha operativ həll olunacaq. Eyni zamanda, dövlətin idarəetmə funksiyası da güclənəcək. Paralel olaraq resurslardan daha səmərəli istifadə ediləcək və bütün abunəçi məlumatları vahid platformada toplanacaq", - deyə ekspert qeyd edib.


Şahverdiyeva

Elena Referans  

Chosen
6
referans.az

1Sources