EN

Dövlət Xidmətinin qadın hərbi qulluqçuları Zərifə Əliyevanın xatirəsini andı

BAKI, 28 aprel. TELEQRAF

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qadın hərbi qulluqçuları oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə onun xatirəsini yad ediblər.

Bu barədə Teleqraf-a Xidmətdən məlumat verilib.

Qeyd olunub ki, Xidmətin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

"Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar, zəngin elmi fəaliyyəti Azərbaycan tibb elmi tarixinin mühüm bir mərhələsini təşkil edir. İstedadlı alim oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Onun elmi irsi xalqın qürur mənbəyi olub, xatirəsi hər zaman hörmətlə anılacaqdır", - deyə məlumatda qeyd olunub.

Chosen
4
13
teleqraf.com

10Sources