Hurriyyet.az xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə Qətər Suriyanın Beynəlxalq Banka olan borcunu ödəyəcəklər.
Bu barədə SPA agentliyi iki ölkənin birgə bəyanatına istinadla məlumat verib.
Bəyanatda deyilir: "Səudiyyə Ərəbistanı ilə Qətərin maliyyə nazirlikləri Suriyanın Beynəlxalq Banka olan 15 milyon dollar məbləğindəki borcunu ödəyəcəklərini bəyan edirlər".
Tərəflər bildiriblər ki, borcun ödənilməsi Beynəlxalq Bankın Suriyanı dəstəkləməyə davam etməsinə imkan yaradacaq.
Hürr Tərcüman