İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 46-ya çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
Məlumata görə, 138 nəfər hələ də xəstəxanadadır və onlara yardım göstərilir.
Bundan əvvəl 40 nəfərin öldüyü, 1241-dən çox insanın yaralandığı bildirilirdi.